MƏXFİLİK SİYASƏTİ

  1. Əsas məlumatlar
1.1. Jiff (bundan sonra “Biz”) olaraq, İştirakçılar və Ticarət Obyektlərindən ibarət olan İstifadəçilərimizin (bundan sonra “İstifadəçilər”) fərdi məlumatlarının toplanmasını, emalını və mühafizəsini həyata keçiririk.
1.2. Sizinlə bağlı toplanan bütün məlumatların yeganə idarəedicisi Bizik. Biz informasiyanın necə, nə məqsədlə və harada istifadə olunması ilə bağlı qərarları qəbul edir, həmin məlumatları data bazamızda saxlayır və təhlükəsizlik baxımından qoruyuruq.
1.3. Sizin fərdi məlumatlarınızın və istifadə tarixçənizin data bazamızdan silinməsini tələb etmək hüququnuz vardır.
1.4. Bu Məxfilik Siyasətində istifadə edilən ifadələr İstifadə Şərtləri və Qaydalarında əks olunan anlayışlara uyğundur.
2.Haqqımızda
2.1. Biz, Jiff olaraq, fiziki şəxslərdən ibarət İştirakçılara müxtəlif Ticarət Obyektlərindən kuponları skan etməklə xal toplamaq, topladıqları xallar əsasında turnirlərdə iştirak etmək və mükafat qazanmaq imkanı təqdim edən mobil tətbiq və veb platforma təqdim edirik.
2.2. Ticarət Obyektləri isə Platformada kupon yaradan və xidmətlərin icrasında iştirak edən tərəfdaş qismində çıxış edirlər. Onların məlumatlarının emalı da bu Məxfilik Siyasəti çərçivəsində həyata keçirilir.
2.3. Xidmətlərimizin icrası elektron mühitdə yerləşən mobil tətbiq və veb platforma vasitəsilə həyata keçirilir.
2.4. Əgər bu Məxfilik Siyasəti ilə bağlı hər hansı sualınız yaranarsa, bizim müştəri xidmətlərimizə müraciət edə bilərsiniz.
3.Məxfilik Siyasətinə razılıq
3.1. Siz bu Məxfilik Siyasətini qəbul etməklə, təqdim etdiyimiz xidmətlərdən istifadə zamanı fərdi məlumatlarınızın toplanmasına, emalına və saxlanmasına açıq və məlumatlı şəkildə razılıq vermiş olursunuz.
3.2. Verilən bu razılıq, həmçinin fərdi məlumatların xidmətin düzgün və effektiv şəkildə göstərilməsi məqsədilə istifadəsini də əhatə edir.
3.3. Hüquqi öhdəliklərimizin və xidmət keyfiyyətinin təmin olunması məqsədilə, Biz aşağıdakı hallarda fərdi məlumatlarınızdan istifadə edə bilərik:
3.3.1. Platformamızın idarə olunması və sizə təqdim etdiyimiz xidmətlərin fasiləsiz və funksional şəkildə işləməsinin təmin edilməsi.
3.3.2. Xidmətin təkmilləşdirilməsi və istifadəçi təcrübəsinin artırılması məqsədilə statistik araşdırmalar və analitik təhlillərin aparılması.
3.3.3. İştirakçının şəxsiyyətinin, Ticarət Obyektinin VOEN-nin identifikasiyası  və təhlükəsizlik məqsədilə İstifadəçilərin digər məlumatların əldə edilməsinin zəruriliyi.
3.3.4. Qanunvericiliklə müəyyən edilmiş hallarda və ya müvafiq dövlət orqanlarının tələbi əsasında məlumatların təqdim olunması.
3.4. Siz həmçinin razılıq verirsiniz ki, xidmətlə bağlı sorğularınıza cavab verilməsi, hesabınızla və platforma ilə bağlı vacib yeniliklərin, bildirişlərin çatdırılması məqsədilə Biz sizinlə e-poçt, SMS və telefon zəngi vasitəsilə əlaqə saxlayaq.
3.5. Bu Məxfilik Siyasəti yalnız Bizim tərəfimizdən toplanan məlumatlara şamil olunur. Fərdi məlumatlarınızı təqdim edərkən onların düzgünlüyünə görə məsuliyyət sizə aiddir. Düzgün olmayan və ya natamam məlumatlar, məsələn, səhv qeyd olunan e-poçt ünvanı, Bizim sizinlə səmərəli əlaqə saxlamamıza mane ola bilər.
3.6. Əgər məlumatların toplanması və emalı ilə bağlı siyasətimiz sizi qane etmirsə, razılığınızı istənilən vaxt geri götürmək hüququnuz var. Razılığın geri götürülməsi yalnız gələcək üçün hüquqi nəticə doğurur və əvvəlki emallara təsir göstərmir.
3.7. Siz həmçinin fərdi məlumatlarınızın hansı məqsədlə toplandığı, kimə ötürüldüyü və necə emal olunduğu barədə Bizdən məlumat tələb etmək hüququna sahibsiniz. Əgər məlumatların qanunvericiliyə və razılaşdırılmış məqsədlərə zidd olaraq işlənildiyini düşünürsünüzsə, buna etiraz etmək hüququnuz var.
3.8. Toplanmış fərdi məlumatlar yalnız Bizim təqdim etdiyimiz xidmətlərin həyata keçirilməsi və göstərilən məqsədlərin icrası müddətində saxlanılır. Müvafiq məqsədlər başa çatdıqda və ya məlumatların saxlanması üçün qanuni əsas qalmadıqda, istifadəçi və ya partnyor öz hesabının və fərdi məlumatlarının silinməsini tələb edə bilər. Bu halda məlumatlar müvafiq qaydada silinir və ya məhv edilir.
3.9. Siz bu Məxfilik Siyasətini qəbul etməklə, Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununa uyğun olaraq fərdi məlumatlarınızın müəyyən edilmiş məqsədlər üzrə toplanılması, emalı, saxlanılması və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərə ötürülməsinə tam və məlumatlı razılıq verdiyinizi təsdiqləyirsiniz. Həmçinin, razılığınızı istənilən vaxt geri götürmək və fərdi məlumatlarınızın emalına dair əlavə məlumat almaq hüququna malik olduğunuzu qəbul edirsiniz.
4.Məxfilik Siyasətinin əhatə dairəsi
4.1. Fərdi Məlumatların ümumi əhatə dairəsi:
4.1.1. Elektron və telefon məlumatları – Xidmətlərimizdən və mobil tətbiqdən istifadə etdiyiniz zaman, sizin hansı ardıcıllıqla səhifələrə daxil olduğunuz, istifadə etdiyiniz cihaz və həmin cihaza dair daxili məlumatlar, IP ünvanınız, əməliyyat sistemi və brauzer proqramı kimi məlumatlar serverimizdə saxlanılır.
4.1.2. Şəxsi və əlaqə məlumatları – Xidmətlərimizdən istifadə edən şəxslərin adı, soyadı, cinsiyyəti, şəxsiyyətini təsdiq edən məlumatlar (FİN, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi), elektron poçt ünvanı, telefon nömrəsi, bildirişlərin və digər yeniliklərin sizə çatdırılması üçün üstünlüklər və seçimlər kimi məlumatlar toplanır.
4.2. Fərdi Məlumatların İstifadəçilər üçün nəzərdə tutulmuş əhatə dairəsi:
4.2.1. İstifadəçi hesabı məlumatları – Elektron məlumatlar əldə edildikdən sonra qeydiyyatdan keçərkən seçilən İstifadəçinin telefon nömrəsi, şəxsiyyətini təsdiq edən məlumatlar və şifrələr haqqında məlumatları təhlükəsizlik məqsədi ilə toplanır.
4.2.2. Hesab fəaliyyətinə dair qeydlər, o cümlədən son giriş tarixi və hesabın aktivlik vəziyyəti toplanır.
4.2.3. İstifadəçinin platformada keçmiş fəaliyyətləri və əməliyyat tarixçəsi, məsələn, kupon skanları və baxılan səhifələr haqqında məlumatlar qeydiyyata alınır.
4.2.4. Digər könüllü məlumatlar – İstifadəçi bizə müraciət etdikdə, dəstək üçün yazışmalar apardıqda və ya anketlərdə iştirak etdikdə təqdim etdiyi məlumatlar (şikayətlər, təkliflər, sorğular və s.).
5.Fərdi məlumatların əldə edilməsinin xüsusi məqsədləri
5.1. İstifadəçi hesabının və elektron kabinetin yaradılması və təhlükəsiz idarə olunması.
5.2. Hüquqpozmalara qarşı hüquq-mühafizə orqanlarına dəstək verilməsi.
5.3. Statistikanın və bazar araşdırmalarının aparılması.
5.4. Xidmətlərin və tətbiqdəki əməliyyatların idarə olunması və səmərəliliyinin artırılması.
5.5. İstifadəçilərlə effektiv kommunikasiya qurulması.
5.6. Mobil tətbiqin təkmilləşdirilməsi və funksionallığının artırılması.
5.7. Yeniliklər, yeni xidmətlər və təkliflər barədə məlumatlandırma.
5.8. Zərurət olduqda yeni biznes fəaliyyətlərinin idarə olunması.
5.9. Hüquqazidd əməliyyatların, dələduzluğun və digər cinayətkarlıq fəaliyyətlərinin qarşısının alınması.
5.10. İstifadəçilərə tətbiqdən istifadə zamanı dəstək göstərilməsi və vacib məlumatların çatdırılması.
6.Fərdi Məlumatların ötürülməsi
6.1. Bizə təqdim olunan fərdi məlumatlar aşağıdakı hallarda ötürülə bilər:
6.1.1. Xidmətlərin göstərilməsi üçün texniki tərəfdaşlara (banklar, ödəniş provayderləri və s.).
6.1.2. Qanunla tələb olunduqda müvafiq dövlət qurumlarına.
6.1.3. İstifadəçinin açıq və aydın razılığı olduqda.
6.2. Biz fərdi məlumatlarınızı kommersiya məqsədilə üçüncü şəxslərə ötürmürük və satmırıq.
7.Yığılmış məlumatların məhv edilməsi
7.1. Xidmətlərimizdən istifadə etdikdən sonra fərdi məlumatlarınızın silinməsini tələb etmək hüququnuz vardır. Bunun üçün məlumatların qorunması üzrə təqdim etdiyimiz elektron poçt ünvanına müraciət etməlisiniz.
7.2. Müraciət əsasında “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü maddəsinə uyğun olaraq, sizinlə bağlı fərdi məlumatlar serverlərimizdən silinəcək.
7.3. Hüquqi tələblər əsasında bəzi məlumatlar, həmin məlumatların saxlanmasına dair zərurət mövcud olduğu müddətdə silinməyə bilər.
7.4. Əgər fərdi məlumatlarınızın təhlükəsizliyi ilə bağlı hər hansı şübhə və ya qüsur yaranarsa, Biz bütün zəruri tədbirləri görməklə onların mühafizəsini təmin edəcəyik.
8.Dəyişikliklər
8.1. Biz Məxfilik Siyasətinə vaxtaşırı dəyişikliklər edə bilərik.
8.2. Məxfilik Siyasətinin yeni forması mobil tətbiqdə yerləşdirildiyi andan qüvvəyə minir.
8.3. Tətbiqdən istifadəni davam etdirməyiniz həmin dəyişiklikləri qəbul etdiyiniz anlamına gəlir.
8.4. Əgər dəyişikliklərlə razı deyilsinizsə, tətbiqdən istifadəni dayandırmalı və hesabınızı silməlisiniz.
9.Bizimlə necə əlaqə saxlamaq olar?
9.1. Məxfilik Siyasəti ilə bağlı suallarınızı və ya müraciətlərinizi aşağıdakı vasitələrlə bizə göndərə bilərsiniz:
Elektron poçt: support@jiffapp.com
Telefon: +994102272705

Made on
Tilda